Azərbaycan yığması son oyunda böyük hesabla uduzdu

Azərbaycan yığması son oyunda böyük hesabla uduzdu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın uyğun yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:4 hesabı ilə məğlub olub.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda keçirilib.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər