Azərbaycan yığması Norveçə də uduzdu 

Azərbaycan yığması Norveçə də uduzdu 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin uyğun yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Drammen şəhərindəki “Marienlist” stadionunda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, Norveç  24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.

AVRO-2023, seçmə mərhələ

20:00. Norveç – Azərbaycan 2:1

Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65 Drammen. “Marienlist” stadionu

Xal durumu: Xorvatiya – 22, Norveç – 21, Finlandiya – 19, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər