17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq.
Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Ayxan Abbaszadə - Turan Tovuz 2. Teymur Həsənov - Qarabağ 3. Aftandil Arıxov - Sumqayıt 4. Məsud Əlişanlı - EFA 5. Səmid Əhmədov - Qəbələ 6. Məhəmməd İmamaliyev - Neftçi 7. Vüsal Paşayev - Sumqayıt 8. Nadir Orucov - Sumqayıt 9. Rəşad Alışov - Sabah 10. Tuncay Əhmədov - Sabah 11. Əkbər Məhərrəmov - Sabah 12. Ömər Kərimov - Qəbələ 13. Əmir Əliyev - Sabah 14. Emin Feyzullayev - Sabah 15. Anar Hüseynov - Sabah 16. Ziya Şəkərxanov - Qəbələ 17. Şahismayil Cəfərov - EFA 18. Şükür Cəfərli - Sumqayıt 19. Həsən Nəzərli - Ankaragücü (Türkiyə) 20. Elvin Qurbanov - Neftçi 21. Amid Qasımov - Qarabağ 22. Həbib Qədimov - Qarabağ 23. Ümid Səlimov - Şamaxı