Azərbaycan yığması evdə Norveçə uduzdu 

Azərbaycan yığması evdə Norveçə uduzdu 

21 yaşadək futbolçulardan ibarət  Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində  növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz bu gün Norveç yığması ilə qarşılaşıb.

“Bakcell Arena”da, saat 20:00-da başlayan oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanıb. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Hesabı erkən qolla açan skandinaviyalılar fasilədən sonra fərqi artırıb. Milan Obradoviçin komandasının gücü isə təsəlli qoluna çatıb 1:2.

Daha öncə yığmamız Xorvatiya (0:2, 1:5), Avstriyaya (0:6, 0:3) hər iki oyunda yenilmiş, Finlandiya ilə Bakıda 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Avropa çempionatı, seçmə mərhələ 16 noyabr

Azərbaycan - Norveç 1:2

Qollar: Zülfüqarlı, 80 - Xove, 4. Sahraui, 53. Hakimlər: Vasilis Fotias, Krisula Korompiliya, Andreas Meintanas Dördüncü hakim: Agelos Evangelu “Bakcell Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər