Azərbaycan yığması DÇ-də 1/4 finala yüksəldi

Azərbaycan yığması DÇ-də 1/4 finala yüksəldi

Bu gün İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçılar arasında komanda yarışına start verilib.

Fanat.Az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Argetina millisinə 45:33 hesabı ilə qalib gəlib.

Millimiz növbəti görüşdə Almaniya yığmasını 45:32 hesabı ilə məğlub edərək dünya çempionatında ən güclü 8-liyə yüksəlib.

Komandamız sabah yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Koreya Respublikası seçmə kollektivi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər