Azərbaycan üzgüçüsü dünya çempionatının finalına yüksəldi

Azərbaycan üzgüçüsü dünya çempionatının finalına yüksəldi

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti dəfə finala yüksəlib.

Fanat.Az xəbər verir ki, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.78 saniyə nəticə göstərib.

Final yarışı bu gün saat 21:30-da başlayacaq.

Roman Saley dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, eyni məsafəni butterflyay üsulu ilə üzməkdə isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər