Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə əldə edən Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.83 saniyə nəticəyə imza atıb. Şeyxəlizadəxangah bu göstərici ilə ölkə və şəxsi rekordunu yeniləyib.

Yığmanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə, üzgüçünün çıxışında lisenziya normativi üçün çöx cüzi vaxt çatışmazlığı olub: "Ümidvarıq ki, növbəti yarışlarda o, dünya çempionatına vəsiqə qazana biləcək".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər