Azərbaycan təmsilçisi Avropa çempionatında olmayacaq - SƏBƏB

Azərbaycan təmsilçisi Avropa çempionatında olmayacaq - SƏBƏB

Fiqurlu konkisürmə üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Litvintsev Finlandiyada keçiriləcək Avropa çempionatında çıxış etməyəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev buna belə aydınlıq gətirib:

“Vladimir Litvintsev Espooda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. Bu, viza almaqda yaranan problemlə bağlıdır. Azərbaycanda Finlandiyanın səfirliyi yoxdur, viza əldə etmək üçün Ankaraya yollanmaq lazım idi. Litvintsev dünya çempionatına hazırlaşır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər