Azərbaycan şpaqaçısı Dohada medalsız qaldı

Azərbaycan şpaqaçısı Dohada medalsız qaldı

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Həsənov Qətərin paytaxtı Dohada keçirilən qran-pri yarışında iştirak edib.

Fanat.Az xəbər verir ki, təsnifat mərhələsində qrup səddini uğurla adlayan Ruslan əsas mərhələ yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə koreyalı rəqibi Yanq Minhyeoka 15:12 hesabı ilə qalib gəlib.

Ardınca Sinqapur idmançısı Tan Yun Kaini eyni hesabla mübarizədən kənarlaşdıran şpaqaçımız 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Dilan Nollnerə 7:15 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər