Azərbaycan qılıncoynadanları İslamiadada 3 medal qazandı

Azərbaycan qılıncoynadanları İslamiadada 3 medal qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.

Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə yarışın bürünc medalını qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər