Azərbaycan Polşaya 22 cüdoçu göndərir

Azərbaycan Polşaya 22 cüdoçu göndərir

Aprelin 23-24-də Polşanın Poznan şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan komandasının yarışda 22 idmançı ilə təmsil olunması planlaşdırılıb. Onlardan 17-si oğlan, 5-i qız cüdoçudur.

Yarışda iştirak etmək üçün bu günədək 17 ölkədən 300-ə yaxın idmançı qeydiyyatdan keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər