Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

AÇ-2026-nın əsas mərhələsi çərçivəsində martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik olunub. 

Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.

Qeyd edək ki, Seymur Məmmədov hazırda klubsuzdur. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər