Avropa çempionatına hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən etibarən təlim-məşq toplanışına başlayır.
Fanat.Az xəbər verir ki, noyabrın 8-dək Bakıda hazırlıq keçəcək yığma ayın 9-dan 19-dək isə Maltada qitə çempionatının seçmə mərhələsində iştirak edəcək.
13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.
U-19-a cəlb olunan oyunçuların siyahısı açıqlanıb: 1. Həbib Hüşənov - Qəbələ 2. Ayxan Abbaszadə - Turan Tovuz 3. Məhəmmədəli Məmmədov - Turan Tovuz 4. Rəşad Alışov - Qarabağ 5. Tuncay Əhmədov - Marcet (İspaniya) 6. Cavid Məlikov - Qarabağ 7. Seydi Danzıyev - Sabah 8. Vüsal Paşayev - Sumqayıt 9. Nadir Orucov - Sumqayıt 10. Ömər Həsənli - Zirə 11. Eltun Babazadə - Qarabağ 12. Ziya Şəkərxanov - Qəbələ 13. Şahin İbrahimov - Sabah 14. Əliəkbər Rzazadə - Qarabağ 15. Rauf Qafarov - Zirə 16. Həsən Nəzərli - Ankaragücü (Türkiyə) 17. Anar Hüseynov - Sabah 18. Hikmət Cəbrayılzadə - Qarabağ 19. Şahismayıl Cəfərov - Qarabağ 20. Nihad Orucəli - Sumqayıt Millinin oyunların təqvimini nəzərinizə çatdırırıq:
12 noyabr
Çexiya (U-19) - Azərbaycan (U-19) “Centenary” stadionu, Ta Qali. Saat 17:30 Baş hakim: Oliver Reitala (Finlandiya) Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta) Dördüncü hakim: Ezekiel Barbara (Malta) 15 noyabr
Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19) “Centenary” stadionu, Ta Qali. Saat 17:30 Baş hakim: Sayat Karabayev (Qazaxıstan) Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta) Dördüncü hakim: Ezekiel Barbara (Malta) 18 noyabr
Azərbaycan (U-19) – Malta (U-19) “Centenary” stadionu, Ta Qali. Saat 14:00 Baş hakim: Oliver Reitala (Finlandiya) Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan) Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)