Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Futzal üzrə Azərbaycan millisinin heyəti bəlli olub.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Heyətə çağırılan futzalçılar Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışına qatılacaq.

Komandamız aprelin 6-dan 8-dək Bakıda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçıya dəvət göndərib:

1. Emin Kürdov - Araz-Naxçıvan 2. Rövşən Hüseynli - Astana (Qazaxıstan) 3. Kamran Hacıyev - Baku Fire 4. Novruz Kazıxanov - Araz-Naxçıvan 5. Xəzər Ağalızadə - Araz-Naxçıvan 6. Mirzə Əmirov - Neftçi İK 7. Fərid Atakişiyev - Neftçi İK 8. Tofiq Mikayılov - Baku Fire 9. Oktay Rüstəmli - Baku Fire 10. Murad Quluzadə - Baku Fire 11. Nihad İsmayılov - Baku Fire 12. Emil Həsənzadə - Neftçi İK 13. Kənan Manafov - Baku Fire 14. Nurlan Mehdizadə - Baku Fire 15. Eldar Zeynalov - Neftçi İK

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər