Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

 

S.

Ad/Soyad

Klub

1

Nicat Mehbalıyev

          Sabah

2

Rza Cəfərov

          Neftçi

3

Aydın Bayramov

          Zirə

4

Abbas Hüseynov

         Qarabağ

5

Amin Seydiyev

          Sabah

6

Rahil Məmmədov

           Radomiak Radom, Polşa

7

Bəhlul Mustafazadə

            Qarabağ

8

Zamiq Əliyev

            Eqnatia, Albaniya

9

Bədavi Hüseynov

            Qarabağ

10 

Anton Krivotsyuk

            Daejeon, Cənubi Koreya

11

Elvin Cəfərquliyev

            Qarabağ

12

Coşqun Diniyev

            Bandırmaspor, Türkiyə

13

Aleksey İsayev

             Qarabağ

14

Xəyal Nəcəfov

             Turan Tovuz

15

Ceyhun Nuriyev

             Zirə

16

Mustafa Əhmədzadə

             Araz-Naxçıvan

17

Səbuhi Abdullazadə

             Sumqayıt

18

Emin Mahmudov

             Neftçi

19

Toral Bayramov

             Qarabağ

20

Ozan Can Kökçü

            HJK, Finlandiya

21

Rüstəm Əhmədzadə

             Zirə

22

Ramil Şeydayev

             Neftçi

23

Mahir Emreli

            Nürnberq, Almaniya

24

Nəriman Axundzadə

            Qarabağ

Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.   Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər