Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.

Fanat.Az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

1. Mehdi Cənnətov - "Sumqayıt" 2. Rza Cəfərov - "Neftçi" 3. Aydın Bayramov - "Zirə" 4. Bəhlul Mustafazadə - "Qarabağ" 5. Abbas Hüseynov - "Qarabağ" 6. Qismət Alıyev - "Zirə" 7. Rahil Məmmədov - "Radomiak Radom", Polşa 8. Zamiq Əliyev - “Eqnatia”, Albaniya 9. Bədavi Hüseynov - "Qarabağ" 10. Anton Krivotsyuk - "Daejeon Hana Siti", Cənubi Koreya 11. Şəhriyar Əliyev - "Turan Tovuz" 12. Elvin Cəfərquliyev - "Qarabağ" 13. Coşqun Diniyev - "Bandırmaspor", Türkiyə 14. Elvin Camalov - "Sabah" 15. Aleksey İsayev - "Qarabağ" 16. Xəyal Nəcəfov - "Turan Tovuz" 17. Ceyhun Nuriyev - "Zirə" 18. Emin Mahmudov - "Neftçi" 19. Toral Bayramov - "Qarabağ" 20. Ozan Can Kökçü - HJK, Finlandiya 21. Rüstəm Əhmədzadə - "Zirə" 22. Ramil Şeydayev - "Neftçi" 23. Mahir Emreli - "Nürnberq", Almaniya 24. Renat Dadaşov - "Ankaragücü", Türkiyə    Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.   Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər