Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çəçivəsində Ukrayna yığmasına qarşı Krakovda keçirdiyi oyundan (1:2)  öncə məşqdə zədələnən Rahil Məmmədov əməliyyat olunub.

Fanat.Az “Araz-Naxçıvan”ın müdafiəçisinə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.

O, cərrah masasına Finlandiyanın "Pihlajalinna" klinikasında uzanıb.

Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı indilik dəqiq məlumat yoxdur.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər