Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, rəqib Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi olub.

Oyun Aqil Nəbiyevin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 28-ci dəqiqədə Nicat Kərimov vurub. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər