Azərbaycan millisi növbəti sınağına çıxır

Azərbaycan millisi növbəti sınağına çıxır

Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, yığmamız sözügedən ölkənin seçməsi ilə ikinci matçına çıxacaq.

Görüş bir gün əvvəlki kimi yenə Zenitsa şəhərində baş tutacaq. 

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu milli dünənki qarşılaşmada rəqibinə 0:7 hesabı ilə uduzub. 

Yoldaşlıq oyunu 5 noyabr

22:00. Bosniya və Herseqovina – Azərbaycan Zenitsa. Huseyn Smayloviç adına Arena

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər