15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən sentyabrın 19-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Fanat.Az xəbər verir ki, U-15 təlim-məşq toplanışı çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Matçların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Qarşılaşmaların saat 16:00-da başlanması planlaşdırılır. Millimizə dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
1. Zəka Həmidli - Sabah 2. Oqtay Mehrəliyev - Qarabağ 3. Yusif Məmmədli - Qarabağ 4. Məhəmməd Ağamalıyev - Qarabağ 5. Ruhid Məmmədli - Qarabağ 6. Asim Hüseynov - Qarabağ 7. Raul Əliyev - Qarabağ 8. Qərib Qürbətzadə - Neftçi 9. Harun Əliyev - Neftçi 10. Emil Quliyev - Neftçi 11. Ülvi Mustafayev - Ulduz 12. Məhərrəm Musazadə - Qarabağ 13. Abbas Məmmədli - Qarabağ 14. Səbran Muradlı - Qarabağ 15. Həsən Mürşüdzadə - Qarabağ 16. Kənan Həsənov - Altınordu 17. Murad Məmmədov - Sumqayıt 18. Qafar Babayev - Neftçi 19ə Nihad Əsgərli - Neftçi 20. Sübhan Əlizadə - Neftçi 21. Nihat Bəylərli - Ulduz 22. Xəzər Hüseynzadə - Sabah 23. İbrahim Rza - Qarabağ 24. Əkbər Əzizli - Turan Tovuz 25. Həsən Ramazanov - Sabah