Azərbaycan millisi FİFA reytinqində gerilədi

Azərbaycan millisi FİFA reytinqində gerilədi

FİFA milli komandaların yeni reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi sıralamada 3 pillə geriləyib.

Komandamız 1148 xalla 122-ci pillədə qərarlaşıb.

Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867.09 xal) ikinci, Fransa (1862.03) isə üçüncüdür.

Azərbaycanın qonşu ölkələrindən İran 20-ci, Türkiyə 27-ci, Rusiya 35-ci, Gürcüstan 67-ci, Ermənistan 105-cidir.

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 26-cı, İslandiya isə 74-cü sıradadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər