Azərbaycan millisi Estoniyaya qarşı

Azərbaycan millisi Estoniyaya qarşı

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin rəhbərlik etdiyi U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. 

Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Avropa çempionatı Seçmə qrup mərhələsi, II tur 29 noyabr

13:00. Estoniya (U-19) - Azərbaycan (U-19) Hakimlər: İfeoma Kulmala, Ann-Sofie Traskman (hər ikisi Finlandiya), Qalatia Kontakki, Mirofora Tumazu (hər ikisi Kipr) “Kouklia Community” stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər