Bu gün Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqadan ümumilikdə 34 komandanın mübarizə aparacağı kubokda komandalar rəqiblərini tanıyıblar.
1-ci təsnifat mərhələsi
"Göygöl" - "Şəmkir" "Şəki Siti" - "Araz-Saatlı" "Qaradağ Lökbatan" - "Ağdaş" "Dinamo" - "Kür-Araz" "Ağstafa Gəncləri" - "Şirvan" "Quba" - "Xankəndi" 2-ci təsnifat mərhələsi
"Səbail" - "Şamaxı" "Göygöl"/"Şəmkir" cütünün qalibi - "Baku Sportinq" "Karvan" - "Şəki Siti"/"Araz-Saatlı" cütünün qalibi "Qaradağ Lökbatan"/"Ağdaş" cütünün qalibi - "İmişli" "Qəbələ" - "Mingəçevir" "Cəbrayıl" - "Şəfa" "Şimal" - "Şahdağ Qusar" "Dinamo"/"Kür-Araz" cütünün qalibi - "Turan Tovuz" "Kəpəz" - "Ağstafa Gəncləri"/"Şirvan" cütünün qalibi "Quba"/"Xankəndi" cütünün qalibi - "Difai" "Zaqatala" - "Sumqayıt" "Neftçi" - MOİK "Sabah", "Qarabağ", "Araz-Naxçıvan" və "Zirə" mübarizəyə 1/8 finalda qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi "Sabah" olub. Əlavə vaxta qədər uzanan finalda paytaxt təmsilçisi "Qarabağ"ı 3:2 üstələyib.