Azərbaycan kubokunda 2024/25 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutub.
Tədbirdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, iştirakçı klublar və media nümayəndələri iştirak ediblər.
Azərbaycan kubokunun 2024/25 mövsümündə 34 komanda yarışacaq. Oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq.
Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün 5 ən yaxşısı isə 1/8 finalı gözləyəcək.
Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq.
l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il) 1. “Sahdağ Qusar” – “Kür-Araz” 2. “Sheki Siti” - “Şəmkir” 3. “Dinamo” – “Füzuli” 4. “Lerik” – “Ağdaş” 5. “Şəfa” – “Saatlı-Araz” 6. “Göygöl” – “Hypers” 7. “Şimal” – “Qusar”
II təsnifat mərhələsi (29-30 oktyabr 2024-cü il) 8. 1-ci cütün qalibi – “Araz-Naxçıvan” 9. “Mingəçevir” – “Zaqatala” 10. “Şamaxı” – 2-ci cütün qalibi 11. “Qaradağ Lökbatan” – “Karvan” 12. 3-cü cütün qalibi – “Səbail” 13. “Qəbələ” – “Baku Sportinq” 14. 4-cü cütün qalibi – “Kəpəz” 15. “İmişli” – “Cəbrayıl” 16. 5-ci cütün qalibi – “Difai Ağsu” 17. “Turan Tovuz” – 6-cı cütün qalibi 18. MOİK – 7-ci cütün qalibi
1/8 final (3-4 dekabr 2024-cü il) 19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi 20. “Zirə” - 10-cu cütün qalibi 21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi 22. 13-cü cütün qalibi – “Qarabağ” 23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi 24. “Neftçi” - 16-cı cütün qalibi 25. 17-ci cütün qalibi – “Sabah” 26. “Sumqayıt” - 18-ci cütün qalibi
1/4 final (5 və 27 fevral 2025-ci il) 27. 19-cu cütün qalibi – 20-ci cütün qalibi 28. 21-ci cütün qalibi – 22-ci cütün qalibi 29. 23-cü cütün qalibi – 24-cü cütün qalibi 30. 25-ci cütün qalibi – 26-cı cütün qalibi
1/2 final (2 və 23 aprel 2025-ci il) 31. 27-ci cütün qalibi – 28-ci cütün qalibi 32. 29-cu cütün qalibi – 30-cu cütün qalibi
Final (1 iyun 2025-ci il) 33. 31-ci cütün qalibi – 32-ci cütün qalibi