Azərbaycan kubokunda son 6 mövsümün rekord göstəricisi

Azərbaycan kubokunda son 6 mövsümün rekord göstəricisi

Futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın ilk görüşlərində 13 qol vurulub.

Fanat.Az xəbər verir ki, bu, son 6 mövsümün rekordu göstəricisidir.

1/4 finalın ilk oyunlarında daha çox qolun vurulması sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.

Mütləq rekord isə 2006/2007 mövsümündə reallaşıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol qeydə alınıb.

Ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər