Azərbaycan kuboku: Ömər Cavadovdan qızıl medal

Azərbaycan kuboku: Ömər Cavadovdan qızıl medal

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku davam edir.

Fanat.Az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Növbəti sessiyada çəkisi 73 kq-a qədər olan atletlər medal uğrunda mübarizə aparıblar. Bu çəkidə toplam 294 kq (135+159) nəticə göstərən “Zirvə” Klubunun təmsilçisi Ömər Cavadov qızıl, toplam 288 kq (115+136) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Ravin Alməmmədov gümüş, toplam 270 kq (120+150) nəticə göstərən “Zirvə” Klubunun təmsilçisi Rəhim Kazımov bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər