Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının təyinatları açıqlandı

Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub.

Fanat.Az xəbər verir ki, sabah keçiriləcək “Kəpəz” – “Neftçi” matçını İnqilab Məmmədov, "Sabah" - "Sumqayıt" matçını isə Əliyar Ağayev idarə edəcək.

Mərhələnin mərkəzi görüşü hesab olunan "Araz-Naxçıvan" - "Zirə" matçında isə Elçin Məsiyev iş başında olacaq.

Azərbaycan Kuboku 1/4 final, ilk oyunlar 5 fevral (çərşənbə)

16:00. “Kəpəz” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Nicat İsmayıllı. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Tovuz şəhər stadionu

18:30. “Sabah” – “Sumqayıt” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. “Bank Respublika Arena”

6 fevral (cümə axşamı)

16:00. “Araz-Naxçıvan” – “Zirə” Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Rəhman İmami. Hakim-inspektor: Gülağa Cabarov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. “Liv Bona Dea Arena”

18:30. “Səbail” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov. VAR: Rauf Allahverdiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: İlham Əliyev. “ASCO Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər