Azərbaycan komandası Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan komandası Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 bal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, qrup ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər