Azərbaycan komandası dünya çempionatının finalında

Azərbaycan komandası dünya çempionatının finalında

Azərbaycanın aerodans komandası Portuqaliyanın Qimarayeş şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Xədicə Quliyeva, Rauf Hacıyev, Nigar Mircəlali və Nəzrin Mustafayevadan ibarət kollektiv təsnifat mərhələsində hakimlərdən 17.150 xal alıb.

Bu nəticə ilə 5-ci olan komanda finala vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər