Azərbaycan idmançısına xüsusi mükafat verildi

Azərbaycan idmançısına xüsusi mükafat verildi

Bu gün İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. 

Fanat.Az xəbər verir ki, konqres çərçivəsində cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.

Azərbaycandan daha öncə bu mükafata Yelena Jemayeva layiq görülüb. 

Qeyd edək ki, Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər