Azərbaycan idmançısı Türkiyədə ən güclü oldu

Azərbaycan idmançısı Türkiyədə ən güclü oldu

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan milli komandasının üzvü Valeriya Bolşakova Türkiyənin Antalya şəhərində keçirilən "Satellite" turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Valeriya finala gedən yolda Türkiyə, Böyük Britaniya, Sinqapur  sablyaçılarını və digər təmsilçimiz Palina Kaspiaroviçi məğlub edib. Qılıncoynadanımız həlledici görüşdə Qazaxıstan idmançısı Aigerim Sarıbaya 15:11 hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Digər təmsilçimizlərimiz - Səbinə Kərimova, Zərifə Hüseynova, Sevil Bünyatova və Palina Kaspiaroviç qrup mərhələsini uğurla adlasa da, ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər