Azərbaycan idmançısı Dünya Oyunlarında gümüş medal qazandı

Azərbaycan idmançısı Dünya Oyunlarında gümüş medal qazandı

Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci olub.

Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər