Azərbaycan idmançıları Parisdən üç medalla dönür

Azərbaycan idmançıları Parisdən üç medalla dönür

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-Pridə gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı yalnız finalda uduzaraq ikinci yeri tutub.

Millinin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə turniri bürünc medalla başa vurublar.

Beləliklə, Qran-Pridə nəticə qazanmış idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər