Azərbaycan idmançıları lisenziya turnirində 3 medal qazandı

Azərbaycan idmançıları lisenziya turnirində 3 medal qazandı

Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” turnirini 3 medalla başa vurub.

Fanat.Az xəbər verir ki, Sona Ağayeva (BC-2) və Bəhruz Mirzəyev (BC-4) yarışın qızıl medalına sahib çıxıblar. Ağayeva həlledici qarşılaşmada portuqaliyalı Ana Korreyanı, Mirzəyev ukraynalı Artyom Kolinkonu məğlub edib.

Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabkaya qalib gələrək 3-cü yeri tutub.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər