Azərbaycan idmançıları bu il neçə medal qazandı?

Azərbaycan idmançıları bu il neçə medal qazandı?

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıblar.

Onlardan 227-si limpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər