Azərbaycan gimnastı dünya kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı dünya kubokunda bürünc medal qazandı

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.

Xatırladaq ki, Dohadakı dünya kubokunda yığma komandamızın digər üzvü Nazənin Teymurova da sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq finala adlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər