Azərbaycan dünya çempionatında üçüncü qızıl medalı qazandı

Azərbaycan dünya çempionatında üçüncü qızıl medalı qazandı

Azərbaycan para-üzgüçüsü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatınında ikinci qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi olan 28 yaşlı idmançı 100 metr məsafəyə sərbəst üzmədə 53.07 nəticə göstərərək finişə birinci çatıb.

Bununla millimizin dünya çempionatında qazandığı medalların sayı 5-ə çatıb. Daha öncə keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər