Azərbaycan dünya çempionatında ikinci qızıl medalı qazandı

Azərbaycan dünya çempionatında ikinci qızıl medalı qazandı

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan 20 yaşlı idmançı 100 metr məsafəyə brass üsulu ilə üzmədə 1.05:66 nəticə göstərərək finişə birinci çatıb.

Bununla millimizin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha öncə keçirilmiş yarışlarda digər təmsilçimiz Roman Saley 1 qızıl və 2 gümüş medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər