Azərbaycanın yeniyetmə cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda dünya çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, 24-28 avqustda təşkil olunacaq yarışda ölkəmizi baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov, Nicat Şıxəlizadə və Elnur İsmayılovun rəhbərliyi altında 14 (9 oğlan, 5 qız) idmançı təmsil edəcək. Oğlanlar
50 kq Məhəmməd Məmişov
55 kq Şahin Oruczadə
60 kq Nizami İmranov
66 kq Əbil Yusubov Nicat Nağıyev
73 kq Əli Hacızadə Nahid Tarquliyev
81 kq Camal Bağışov
+90 kq Ramazan Əhmədov
Qızlar
48 kq Aydan Vəliyeva
52 kq Fidan Qasımova Vüsalə Hacıyeva
57 kq Fidan Əlizadə
+70 kq Nigar Süleymanova
Qeyd edək ki, cüdoçular 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.