Azərbaycan DÇ-də növbəti medalı qazandı

Azərbaycan DÇ-də növbəti medalı qazandı

Azərbaycan daha bir paracüdoçusu Bakıda keçirilən dünya çempionatının bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, kişilər arasında J2 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı üçüncü yer uğrunda həlledici dueldə rəqibinə alib gələrək ölkəmizə mundialın ikinci mükafatını qazandırıb.

Daha əvvəl Şəhanə Hacıyeva (J2, 48 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatına noyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər