Azərbaycan cüdoçusundan DÇ-də bürünc medal

Azərbaycan cüdoçusundan DÇ-də bürünc medal

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.

Dünya çempionatına mayın 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər