Azərbaycan cüdoçusundan Avropa Kubokunda "gümüş"

Azərbaycan cüdoçusundan Avropa Kubokunda "gümüş"

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın yeganə təmsilçisi Samir Piriyev də mübarizəyə qoşulub. Oğlanların 66 kiloqram çəki dərəcəsində yer alan idmançımız ardıcıllıqla Serbiya, Belçika, İsrail və Norveçdən olan rəqiblərini yenərək finala vəsiqə qazanıb. Burada İsrailin digər təmsilçisi Eran Fikslə qarşılaşan Piriyev rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokuna 29 ölkədən 222 idmançı qatılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər