Azərbaycan cüdoçusu 45 pillə yüksəldi

Azərbaycan cüdoçusu 45 pillə yüksəldi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc mükafatçısı Əhməd Yusifov (60 kq) Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində 45 pillə yüksəlib.

Fanat.Az xəbər verir ki, 24 yaşlı idmançı hazırda 51-ci pillədə qərarlaşıb. 

Bu çəkidə digər Azərbaycan təmsilçisi Balabəy Ağayev 2-ci, Kəramət Hüseynov isə 13-cüdür.

Orxan Səfərov (66 kq) yeddinci, 73 kq çəki dərəcəsində Hidayət Heydərov ikinci, Rüstəm Orucov isə 25-ci sırada qərarlaşıb.

Səid Mollayi (81 kq) üçüncü, Məmmədəli Mehdiyev (90 kq) isə səkkizinci yerdədir.

Zelim Kotsoyev (100 kq) üçüncü, ən ağır çəkidə Uşanqi Kokauri isə onuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər