Azərbaycan cüdoçularının qran-pridə ilk rəqibləri bəlli oldu

Azərbaycan cüdoçularının qran-pridə ilk rəqibləri bəlli oldu

İyunun 1-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri məlum olub.

Kişilər

60 kq Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi Rövşən Əliyev - Markus Auer (Avstriya)

66 kq Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi Ruslan Paşayev - Martin Setz (Almaniya)

73 kq İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan) Nurlan Osmanov - Vikas Dalal (Hindistan)

90 kq Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar) Elcan Hacıyev - Loris Tassiyer (Fransa)

+100 kq Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)

Qadınlar

48 kq Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)

52 kq Gültac Məmmədəliyeva - Paulina Martines (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi

Xatırladaq ki, Azərbaycan millisi yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər