Azərbaycan cüdoçularından tarixdə ikinci nəticə

Azərbaycan cüdoçularından tarixdə ikinci nəticə

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatının fərdi yarışında çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, qitə birinciliyinə yollanan 13 (9 oğlan, 4 qız) idmançıdan 5-i medal qazanıb. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl medallara sahib çıxıblar. Turan Bayramov (60 kq) fəxri kürsünün ikinci, İsmayıl Zamanov (90 kq) üçüncü pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan millisi gənclər arasında Avropa çempionatında tarixinin ikinci nəticəsinə imza atıb. 

Rekord 2017-ci ildə Sloveniyanın Maribor şəhərində keçirilən yarışda qeydə alınıb. Həmin vaxt cüdoçularımız fərdi mübarizəni 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. 

Qeyd edək ki, sabah qitə birinciliyində qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan millisi mübarizəyə təsnifatdan başlayacaq. Rəqib Avstriya yığması olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər