Azərbaycan cüdoçuları üçün Tacikistan yolu

Azərbaycan cüdoçuları üçün Tacikistan yolu

Beynəlxalq Cüdo Federasiyası (IJF) Dünya Turu yarışlarının coğrafiyasını genişləndirir.

Fanat.Az xəbər verir ki, qurum Düşənbə Qran Prisinin növbəti mövsümdən təqvimə salınacağını açıqlayıb.

Artıq IJF ilə Tacikistan Cüdo Federasiyası arasında müvafiq saziş imzalanıb. 

Reytinq yarışının dəqiq vaxtı hələlik müəyyən edilməyib. Lakin turnirin ən azı 2026-cı ilədək keçiriləcəyi məlumdur.

Qeyd edək ki, bu il iki Qran Pri turniri baş tutub. Bunlardan biri Odivelaşda (Portuqaliya), digəri Zaqrebdə (Xorvatiya) olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər