Azərbaycan cüdoçuları Parisdə qaldı

Azərbaycan cüdoçuları Parisdə qaldı

Parisdə keçirilən “Böyük Dəbilqə” yarışından sonra cüdo üzrə Azərbaycan yığması təlim-məşq toplanışı üçün Fransa paytaxtında qalıb.

Fanat.Az xəbər verir ki, Parisdə Beynəlxalq Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışı başlayıb. Toplanışa 59 ölkədən 458 idmançı qatılıb. 

Hazırlıq fevralın 9-dək davam edəcək.

Xatırladaq ki, "Böyük Dəbilqə"də Balabəy Ağayev (60 kq) qızıl, Murad Fətiyev (90 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər