Azərbaycan cüdoçuları nominasiyalardan kənarda qaldı

Azərbaycan cüdoçuları nominasiyalardan kənarda qaldı

Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin yekunları ilə bağlı sorğu keçirir.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səsvermə 6 nominasiya üzrə aparılır.

İzləyicilər dekabrın 10-dək ilin kişi və qadın cüdoçularını, ilin yüksələn ulduzunu, ilin məşqçisini, ilin ipponunu və ilin anını müəyyənləşdirəcəklər.

Hər nominasiya üzrə 5 namizəd təqdim olunub. Azərbaycandan heç kim namizədlər arasında yer almayıb.

Qaliblər dekabrın 18-də elan olunacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər