Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, 21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.
Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.
Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.
Nage-no-Kata Malik Alahverdiyev - tori (hücum edən idmançı) Samir İsmayılov - uke (hücum edilən idmançı) İsmayıl Rzayev - tori İbrahim Aslanov - uke
Katame-no-Kata Rafiq Nəcəfov - tori Əmrah Əhmədov – uke