Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də iştirak edəcək

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti “Böyük Dəbilqə” turniri 24-26 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.

Fanat.Az xəbər verir ki, üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər -60 kq.  Kəramət Hüseynov  Turan Bayramov 

-66 kq.  Kamran Süleymanov 

-73 kq.  Rəşid Məmmədəliyev  Nəriman Mirzəyev 

-81 kq.  Rüstəm Orucov  Elcan Hacıyev 

-90 kq.  Vüqar Talıbov 

+100 kq.  Camal Qamzatxanov

Qadınlar

-48 kq.  Leyla Əliyeva 

-52 kq.  Gültac Məmmədəliyeva  Aydan Vəliyeva 

-57 kq.  Fidan Əlizadə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər